Muzdlu hakerlər dünyanın maliyyə qurumlarını hədəfə alıb

Muzdlu hakerlər dünyanın maliyyə qurumlarını hədəfə alıb
# 13 noyabr 2020 16:43 (UTC +04:00)

"Blackberry" şirkətinin təhlükəsizlik tədqiqatçıları Cənubi Asiya maliyyə qurumları və qlobal əyləncə şirkətlərinə hücum etmək üçün mənşəyi bilinməyən zərərli proqramlardan istifadə edən "muzdlu haker" ("hackers for hire") qruplaşması barədə xəbərdarlıq ediblər.

"APA-Economics"in "Securitylab"a istinadən verdiyi məlumata görə, "CostaRicto" adlanan bu qruplaşma mürəkkəb zərərli proqram təminatına, kompleks imkanlara malik olan VPN-proxy və SSH-tunelləmə alətlərinə sahib olan hakerlər tərəfindən təşkil olunub.

"CostaRicto"nun hədəfləri Avropa, Amerika, Asiya, Avstraliya və Afrikaya səpələnsə də, ən yüksək konsentrasiya Cənubi Asiyada (xüsusilə Hindistan, Banqladeş və Sinqapur) müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR