Naxçıvan Dövlət Universitetinin konservatoriyasında LOLA audiovizual yayım sistemi qurulacaq

Naxçıvan Dövlət Universitetinin konservatoriyasında LOLA audiovizual yayım sistemi qurulacaq
# 25 yanvar 2020 13:08 (UTC +04:00)

Naxçıvan Dövlət Universitetinin konservatoriyasında LOLA ("LOw LAtency") audiovizual yayım sistemi qurulacaq. AMEA İnformasiya Texnologiyaları İnstitutundan “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə aparılacaq işlər İnstitutun AzScienceNet elm kompüter şəbəkəsinin 2020-ci il üzrə fəaliyyət planına daxil edilib.

Hazırda bu sistem Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tətbiq olunub. LOLA real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir.

AzScienceNet şəbəkəsinin cari il üzrə fəaliyyət planına həmçinin şəbəkə infrastrukturunun genişləndirilməsi, AMEA-nın qurumlarında Wi-Fi şəbəkəsinin və Eduroam xidmətinin yaradılması, internet xidmətlərinin təşkili və proqram təminatının yenilənməsi işləri daxildir.

Bundan başqa cari ildə AzScienceNet üzərindən Dövlət Gömrük Komitəsinin Akademiyası üçün distant tədris xidməti təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR