Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi ötən il 9,6 mln. manatdan çox gəlir əldə edib

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi ötən il 9,6 mln. manatdan çox gəlir əldə edib
# 17 yanvar 2020 17:32 (UTC +04:00)

2019-cu il ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi üzrə tarif gəliri ƏDV-siz 9,61 mln. manat təşkil edib.

APA-Economics” Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, qurum qarşısında ötən ildə qoyulan plan və tapşırıqlar 100,9% əməl olunub.

İl ərzində Ordubad, Şərur, Babək, Şahbuz rayonlarının kəndlərində ümumi tutumu 1760 nömrəlik ATS-lər yeni tikilən kənd mərkəzlərinə köçürülüb, onların əhatə etdiyi xətt təsərrüfatları yenidən qurulub.

Bundan əlavə Şərur və Babək rayonlarının bir sıra kəndlərində 1 280 nömrəlik yeni nəsil ATS-lər qurulub. Əhalinin tələbatı nəzərə alınaraq Bəbək rayonunda 32, Naxçıvan şəhərində 608 nömrə tutumu olan ATS-lər açıq ərazilərdə qurularaq istifadəyə verilib.

İl ərzində 2 329 ədəd yeni telefon nömrəsi istismara verilib. “Evədək optika” layihəsi çərçivəsində 35 fərdi mənzilə fiberoptik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb. Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar 5-ci mərhələ üzrə işlər tamamlanıb, Culfa rayonunu əhatə edən bu layihə üzrə mövcud 21 ədəd “Daewoo” və “Karel” tipli ATS-lər demontaj olunaraq yeni nəsil ATS-lər ilə əvəz olunub. Ümumilikdə, bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil ATS quraşdırma-tənzimləmə işləri başa çatdırılıb.

Bundan əlavə, rayonunun Əbrəqunus və Ərəfsə məntəqələri arasında çəkilən 28 km uzunluğunda 48 lifli yeraltı fiberoptik kabel xəttinin tikintisi bu xətt üzərində 10 Gbit/s telekommunikasiya sistemi qurulub.

Ötən il Naxçıvanın “Naxtel” mobil rabitə operatorun abunəçilərinin sayı 87 mini ötüb. İl ərzində 7 000-dən çox ADSL qoşulmaları qeydə alınıb, əhali üzrə internet paylayıcı nöqtələrinin aktiv sayı 30 minə yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR