Naxçıvanda 2020-ci il “İxrac ili” elan edilib

Naxçıvanda 2020-ci il “İxrac ili” elan edilib
# 06 fevral 2020 19:09 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, 2020-ci il Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsinə dair tədbirlər planı”nı hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR