Nazir: "Açılacaq yeni beynəlxalq tranzit marşrutları imkanları genişləndirəcək"

Nazir: "Açılacaq yeni beynəlxalq tranzit marşrutları imkanları genişləndirəcək"
# 26 aprel 2021 12:45 (UTC +04:00)

Azərbaycanda ümumi uzunluğu 19 min kilometrdən artıq olan avtomobil yollarının 4,7 min km-dən çoxu respublika əhəmiyyətlidir.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərin bərpasından sonra bu yollara daha 2 min km əlavə ediləcək.

"Azad edilən torpaqlar və Naxçıvan vasitəsilə açılacaq yeni beynəlxalq tranzit marşrutları nəqliyyat-logistika sektorunda iştirakçılar üçün imkanları daha da genişləndirəcək", - deyə nazir qeyd edib.

R. Nəbiyev milli avtomobil daşıyıcıların təkcə yerli bazarda deyil, regionda daha rəqabətqabiliyyətli olması üçün zəruri addımlardan bəhs edib. Nazir yerli şirkətləri qlobal şəbəkənin bir hissəsinə çevrilməyə, ona inteqrasiya etmək üçün səylərini artırmağa çağırıb. Qeyd edilib ki, innovativ, təhlükəsiz və etibarlı xidmət göstərən yerli şirkətlər beynəlxalq tərəfdaşlıq çərçivəsində regional bazarda mövqelərini möhkəmləndirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR