Nazir: "Süni intellekt ticarət əməkdaşlığının inkişafında mühüm rol oynayacaq"

Nazir: "Süni intellekt ticarət əməkdaşlığının inkişafında mühüm rol oynayacaq"
# 19 aprel 2021 15:58 (UTC +04:00)

Süni intellektin tətbiqi ticarət əməkdaşlığının inkişafında mühüm töhfə verəcək.

Azərbaycan İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu nazir Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammitinin onlayn formatda keçirilən Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, bu amilin məhsuldarlığın artırılmasında, istehsalın avtomatlaşdırılmasının sürətləndirilməsində, təchizat zənciri risklərinin idarə olunmasında, nəqliyyat-tranzit marşrutlarının və daşınan yüklərin həcminin optimallaşdırılmasında, ticarətin rəqəmsallaşdırımasında mühüm rol oynayacaq.

M. Cabbarov dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində rəqəmsal transformasiyanın, yeni texnologiyaların fəal tətbiqinin və bununla əlaqədar olaraq müasir təhsil və innovasiyaları təşviq edən münbit mühitin, yüksək rəqabətli, dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşan insan kapitalının formalaşdırılmasının və rəqəmsal texnologiyalar dövrünə hazırlanmasının önəmini vurğulayıb. Qeyd olunub ki, COVID-19 pandemiyası bu prosesi daha da sürətləndirib.

Bildirilib ki, Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verilir. Nazir 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verib, sənəddə ölkənin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR