Nazirlik daxili şəbəkənin texniki dəstəyinə 46,5 min manata yaxın vəsait yönəldəcək

Nazirlik daxili şəbəkənin texniki dəstəyinə 46,5 min manata yaxın vəsait yönəldəcək
# 22 fevral 2020 11:16 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyi informasiya texnologiya xidmətlərinin cəlb edilməsi üzrə tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderin qalibi Azərbaycanın “Bakinity Distribution” şirkəti seçilib. Şirkətlə dəyəri 46 499 manat olan müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Bakinity Distribution” şirkəti nazirliyin inzibati binasında mühafizə sistemlərinin (giriş-çıxış nəzarət sistemi, video müşahidə sistemi), daxili şəbəkənin, İP müşahidə sisteminin, iş vaxtının uçotu proqramı təminatının 2020-ci il ərzində texniki xidmətlər göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR