Onlayn mağazaların istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb

Onlayn mağazaların istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb
# 16 aprel 2020 13:45 (UTC +04:00)

Bu ilin ilk rübündə onlayn alış-veriş resurslarının istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb.

APA-Economics” “Kaspersky” şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, bütün dünyada onlayn mağazalardan feyk səhifələrə keçid cəhdlərinin payı iki dəfə - 9%-dən 18%-dək artıb.

Hazırda müxtəlif onlayn xidmətlərə tələbatın artmasından istifadə edərək, hakerlər istifadəçilərin məlumatlarını və ya pullarını əldə etmək üçün tanınmış onlayn alış-veriş platformalarını təkrarlayan fişinq saytlar yaradırlar. Bu səbəbdən istifadəçilərə saytların xidmətlərindən istifadə etməzdən öncə diqqətli olmaları tövsiyə olunur.

Pandemiya səbəbindən həm də istifadəçilərə koronavirusun təyin olunması üçün saxta testlər və onun dərmanları, eləcə də şişirdilmiş qiymətə maskalar və sair məhsullar təklif edən resurslar üzə çıxıb. İlin əvvəlindən koronavirus mövzusunu öz məqsədləri üçün istifadə edən 4,6 mindən çox şübhəli resurs aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR