Pirallahıda 2 km uzunluğunda küçə təmir edilir - FOTO

Pirallahıda 2 km uzunluğunda küçə təmir edilir - FOTO
# 05 may 2021 10:44 (UTC +04:00)

Bu ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2 km uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir olunur.

AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan küçənin yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi. Bu isə xüsusən payız-qış mövsümündə rahat hərəkətdə problemlərə gətirib çıxarırdı.

Məlumata görə, aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçə profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kvadrat metr təşkil edir.

Aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur.

Layihənin sonuncu mərhələsi üzrə təmir işləri aparılan hissənin zəruri nöqtələrinə yeni yol nişanları qoyulacaq, yolun üfiqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına agentliyin rəhbərliyinin nəzarəti altında, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.

Xatırladaq ki, agentlik tərəfindən cari ildə Pirallahı rayonu ərazisində uzunluğu 2,9 km olan Süleyman Bağırov və uzunluğu 1,1 km təşkil edən Gənclik küçələrində də təmir işləri aparılıb.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR