Qırğızıstanın daha bir telekanalı "Azerspace-1" vasitəsilə yayıma başlayıb

Qırğızıstanın daha bir telekanalı "Azerspace-1" vasitəsilə yayıma başlayıb
# 14 fevral 2020 17:32 (UTC +04:00)

“Azərkosmos” ASC və Qırğızıstanın “Region TV” kanalı arasında kommersiya müqaviləsi imzalanıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, 14 fevral tarixindən etibarən Qırğızıstanın “Region TV” kanalı Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır. Sözügedən kanalda Qırğızıstanın regionlarının gündəlik sosial, iqtisadi və mədəniyyət xəbərləri nümayiş olunur. “Region TV” kanalı 11015/H/13000 tezlikdə yayımlanır.

Hazırda “Azerspace-1” peyk vasitəsilə Qırğızıstanın “KTRK”, “Qırğızıstan TV”, “Asia TV” və “Next TV” kimi televiziya kanalları yayımlanır. Qırğızıstanın digər kanalları da “Azerspace-1” peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR