Ramin Quluzadə İordaniya və Qazaxıstan səfirləri ilə görüşüb

Ramin Quluzadə İordaniya və Qazaxıstan səfirləri ilə görüşüb
# 28 noyabr 2019 16:27 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İordaniya Haşimilər Krallığının və Qazaxıstanın Azərbaycandakı səfirləri Sami Abdullah Ğoşeh və Serjan Abdikərimov ilə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə hər iki ölkə ilə Azərbaycan arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş tanışlıq xarakteri daşıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR