Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb
# 05 dekabr 2019 19:10 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliy ilə görüş keçirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsindəmövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb.

Eyni zamanda Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR