Rusiyanın səkkizillik gömrük bazası internetə sızılıb

Rusiyanın səkkizillik gömrük bazası internetə sızılıb
# 12 mart 2020 17:07 (UTC +04:00)

Rusiya şirkətlərinin 2012-2019-cu illər ərzində idxal-ixrac əməliyyatlarını əks etdirən geniş məlumat bazası (bütün gömrük məntəqələri üzrə) internetə sızılaraq satışa çıxarılıb.

APA-Economics”in “Securitylab”a istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Moskva Regionlararası Nəqliyyat Prokurorluğu yayıb.

Məlumata görə, veb-saytlardan birində Rusiyanın xarici iqtisadi fəaliyyətinin bütün iştirakçılarının tam bəyannamələri, bəyannamələrin nömrələri, qeydə alınan mallar barədə məlumat, göndərənin, alıcının və malın mənşə ölkəsinin, nəqliyyat vasitələrinin nömrələri, adı, əlaqə nömrələri məlumatlar yerləşdirilərək satışa çıxarılıb.

Bununla əlaqədar olaraq prokurorluq Moskvanın Meşşanski rayon məhkəməsinə inzibati iddia ərizəsi göndərib. Məhkəmə prokurorun tələblərini qanuni hesab edib və onları tam təmin edib.

Məhkəmə qərarı qüvvəyə mindikdən sonra Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarəti üzrə Federal Xidmətə göndəriləcək və qadağan olan məlumatları yayan veb-səhifələrin ünvanları vahid məlumat reyestrinə daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR