Şirvanda iki yeni Elektron ATS istifadəyə verilib

Şirvanda iki yeni Elektron ATS istifadəyə verilib
# 16 yanvar 2020 18:04 (UTC +04:00)

“Aztelekom” MMC tərəfindən Şirvan şəhərində telefon çəkilişi, əhatə dairəsinin genişləndirilməsi, genişzolaqlı internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə bir sıra işlər həyata keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, şəhərin Bülbül küçəsində yeni salınmış yaşayış massivinin telefonlaşdırılması məqsədilə Mərkəzi Elektron ATS-dən 1700 metr uzunluğunda kabel-kanal xətti çəkilərək sakinlərin rabitə xidmətlərinə olan tələbatını ödəmək üçün 1 040 nömrə tutumlu Elektron ATS istifadəyə verilib.

Bundan başqa şəhərin İsmət Qayıbov küçəsində istismar müddəti başa çatmış 3 000 metr uzunluğunda kabellər yeni tip kabellərlə əvəz olunub. Əraziyə xidmət edən Elektron ATS-də yeni NGN tipli avadanlıqlar quraşdırılıb, nömrə tutumu artırılaraq 928 nömrəyə çatdırılıb. Parametrlərə cavab verməyən kabellərin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılması nəticəsində abunəçilərə göstərilən telefon və genişzolaqlı internet xidmətində yaranmış texniki problemlər aradan qaldırılıb.

2019-cu il ərzində şəhərin müxtəlif ünvanlarında daxili xətt şəbəkəsində genişləndirmə, montaj və digər zəruri işlər görülüb.

Şəhər üzrə görülən işlər nəticəsində telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib.

Qeyd edək ki, cari ildə də Şirvan şəhərində rabitə və genişzolaqlı xidmətlərin çeşidlərinin artırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR