Sumqayıtda qaz təchizatında məhdudiyyətlər olacaq

Sumqayıtda qaz təchizatında məhdudiyyətlər olacaq
# 05 may 2021 10:28 (UTC +04:00)

Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Sumqayıt Qaz İstismarı Sahəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərinin işlək qaz kəmərinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında fasilə yaranacaq.
Belə ki, 6-7 may tarixlərində saat 10:00-dan etibarən, saat 17:00-dək Sumqayıt şəhərinin 9, 10, 13, 17, 18, 20, 21-ci mikrorayonlarının, 51- ci məhəllənin, Yeni Corat, Köhnə Corat, Novruz qəsəbələrinin, Corat və Novxanı yaşayış massivlərinin qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri yekunlaşdıqdan sonra təbii qazın verilişi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR