TRACECA ilə indiyədək 1 mlrd. tondan çox yük daşınıb

TRACECA ilə indiyədək 1 mlrd. tondan çox yük daşınıb
# 06 dekabr 2019 12:21 (UTC +04:00)

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində indiyədək 1 mlrd. tondan çox müxtəlif yüklər daşınıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası zamanı TRACECA-nın Baş katibi Mirça Çiopraqa bildirib.

Onun sözlərinə görə, ötən dövr dəhlizlə nəql edilən yüklərin 50%-i karbohidrogenlərin payına düşüb.

M. Çiopraqa onu da qeyd edib ki, TRACECA çərçivəsində Avropa İttifaqı ilə birgə ümumi dəyəri 187 mln. avro olan 85 layihə reallaşdırılıb: "Bütövlüklə, dəhliz çərçivəsində infrastrukturun inkişafına 4 mlrd. avro investisiya qoyulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR