TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 0,3% azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 0,3% azalıb
# 18 may 2020 12:10 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12 526,0 min ton, yük dövriyyəsi isə 2 635,5 mln. ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3% və 1% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 8 052,8 min tonu və ya 64,3% avtomobil nəqliyyatı, 3 216,2 min tonu və ya 25,7% dəmir yolu nəqliyyatı, 1 257,0 min tonu və ya 10% dəniz nəqliyyatı ilə daşınıb

Məlumata əsasən, dəhliz vasitəsilə daşınmış yüklərin 17,6% və ya 2 202,2 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR