TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 22% azalıb

#
# 12:45
16 aprel 2021

Bu ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınan yüklərin həcmi 6636,6 min ton təşkil edib ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 22,2% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 3707,4 min tonu və ya 55,9%-i avtomobil nəqliyyatı, 2215,2 min tonu və ya 33,4%-i dəmir yolu nəqliyyatı, 714,0 min tonu və ya 10,7%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınan yüklərin 22,8%-ni və ya 1 510,0 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR