TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 4% artıb

#
# 17:18
17 aprel 2020

Bu ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 8530,3 min ton təşkil edib, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,9% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 5 596,4 min tonu və ya 65,6% avtomobil nəqliyyatı, 2126,2 min tonu və ya 24,9% dəmir yolu nəqliyyatı, 807,7 min tonu və ya 9,5% dəniz nəqliyyatı ilə daşınmışdır.

Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 17% və ya 1 450,0 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR