TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar ötən il cüzi artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar ötən il cüzi artıb
# 14 fevral 2020 12:16 (UTC +04:00)

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52 761,9 min ton, yük dövriyyəsi isə 11 158,3 mln. ton-km olub.

Düvlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki illə müqayisədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasında 0,2% artım müşahidə edilib.

Məlumata əsasən, yüklərin 34610,9 min tonu və ya 65,6% avtomobil nəqliyyatı, 13326,6 min tonu və ya 25,3% dəmir yolu nəqliyyatı, 4 824,4 min tonu və ya 9,1% dəniz nəqliyyatı ilə daşınıb.

"Dəhliz vasitəsilə daşınmış yüklərin 15,3% və ya 8 077,2 min tonunu tranzit yüklər təşkil edib", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR