Tovuzda beş yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur

Tovuzda beş yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur
# 07 aprel 2020 11:54 (UTC +04:00)

Tovuz rayonunda 1 şəhər və 4 kəndi əhatə edən, ümumi uzunluğu 36 km olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) APA-ya verilən məlumata görə, bu, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və uzunluğu 17 km olan Əyyublu kəndinin, 4.4 km uzunluğunda Aran kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndlərinin avtomobil yollarıdır.

Agentlik tərəfindən aparılan bu işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq.

Tikinti layihəsinə uyğun olaraq yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılır. Çünki mövcud suötürücü borular və boruların başlıq hissələri dağılıb.

Torpaq yatağının tikintisi yekunlaşan ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşa görülür. Texnoloji ardıcıllığa əsasən növbəti mərələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kv.m-dən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR