Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınmasını 2 dəfədən çox artıracaq

Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınmasını 2 dəfədən çox artıracaq
# 18 mart 2020 19:44 (UTC +04:00)

“Epidemiya xarakterli xəstəliklərə qarşı operativ addımların atılması vacibdir”.

APA-nın məlumatına görə, bunu bu gün koronavirusla mübarizə ilə əlaqədar keçirilən xüsusi toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Yeni koronavirusa (Covid-2019) yoluxanların sayının 200 min, həyatını itirənlərin sayının 8 min nəfərə çatdığını söyləyən R. T. Ərdoğan Türkiyədə indiyə qədər koronavirusla bağlı mübarizə istiqamətində görülən işlərdən danışıb: “Ötən dövr ərzində Orta Asiya ilə yük maşınları vasitəsi ilə ticarət dövriyyəsinin İran deyil, Azərbaycan və Gürcüstan üzərindən həyata keçirilməsinə başladıq. Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən də yüklərin daşınmasının 2500 tondan 6 min tona qədər çatdırmaq istiqamətində fəaliyyətə başlamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR