Türkiyə iki ölkəyə aviareysləri bərpa edir

#
# 17:58
22 aprel 2021

Türkiyənin milli hava daşıyıcısı "Turkish Airlines" (THY) şirkəti iki Avropa ölkəsinə uçuşları bərpa edir.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə THY-nin İdarə Heyətinin sədri Bilal Ekşi deyib.

Məlumata görə, aviaşirkət Böyük Britaniya və Danimarkaya uçuşları bərpa edəcək. Uçuşlar hökumətlər arasında əldə edilən razılığa əsasında həyata keçiriləcək.

Qeyd olunur ki, Böyük Britaniyadan və Danimarkadan olan sərnişinlər yola düşməzdən əvvəl son 72 saat ərzində mənfi PZR testi əldə etməlidirlər.

Türkiyə 2020-ci il dekabr ayının sonunda bu ölkələrlə hava əlaqələrini bağlayıb (bu ölkələrdə koronavirus mutasiyalarının aşkarlanması ilə əlaqədar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR