Ukraynada AES-lərin kriptovalyuta mayninqi üçün istifadəsi təklif edilib

Ukraynada AES-lərin kriptovalyuta mayninqi üçün istifadəsi təklif edilib
# 06 may 2020 13:27 (UTC +04:00)

Ukraynanın Enerji və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ölkədaxili bütün mövcud atom elektrik stansiyalarının (AES) operatoru olan “Energoatom” Dövlət Müəssisəsinə əlavə elektrik bazarlarını təmin etmək üçün kriptovalyuta mayninqinin mümkünlüyünü öyrənmək tapşırığı verib.

APA-Econimics” “RBC”ya istinadən xəbər verir ki, Energetika nazirinin vəzifəsini müvəqqəti icra edən Olqa Buslavetsin bu əmrini “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Geo Leros açıqlayıb.

“Atom Elektrik Stansiyalarında istehsal olunan elektrik enerjisi üçün əlavə bazar təmin etmək məqsədi ilə kriptovalyutaların mayninq layihələrinin həyata keçirilməsinin mümkünlüyü ilə əlaqədar normativ və texniki məsələlər işlənilsin”, - sərəncamda bildirilir.

Qeyd edək ki, qanunsuz mayninq ferması Rusiyanın “Rosseti” enerji şirkətinə 118 milyon rubl ziyan vurub. Mayninq üçün istifadə olan avadanlıq Novqorod vilayətindəki tərk edilmiş quşçuluq fabrikində tapılıb. Avadanlıq elektrik istehlakının kəskin artmasından sonra müəssisədəki elektrik ölçmə cihazlarını yoxladıqdan sonra aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR