Xəzər rayonunda yük avtomobili qaz xəttini zədələyib, 9 min abonent qazsız qalıb - VİDEO

#
# 12:11
12 mart 2020

Bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı "Volvo" markalı yük avtomobili ilə qəza törədilib.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, belə ki, həmin avtomobillə vurularaq diametri 273 mm olan orta təzyiqli qaz xətti qırılıb. Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb. Təhlükəsizlik tədbirləri olaraq qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Ərazidə təcili bərpa işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR