AAYDA: Xətaidə kommunikasiya quyusu ilə bağlı problem aradan qaldırılıb

AAYDA: Xətaidə kommunikasiya quyusu ilə bağlı problem aradan qaldırılıb
# 12 iyul 2021 15:57 (UTC +04:00)

Ötən gün gecə saatlarında sosial şəbəkələrdə Xətai rayonu, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə kəsişən hissəsində yol kənarında olan kommunikasiya xəttinə aid quyunun baxış qapağının sınması ilə bağlı məlumat paylaşılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, sözügedən problemlə bağlı AAYDA-ya məlumat daxil olan kimi agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək problemin aradan qaldırılması üçün müvafiq addımlar atılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR