ABŞ-da hava nəqliyyatı ilə sərnişindaşıma pandemiyadan əvvəlki göstəricilərə qayıdıb

ABŞ-da hava nəqliyyatı ilə sərnişindaşıma pandemiyadan əvvəlki göstəricilərə qayıdıb
# 25 may 2021 16:07 (UTC +04:00)

Mayın 23-də 1,86 mln. insan ABŞ-ın hava limanlarında aviareyslərə qeydiyyatdan keçib. Bu, koronavirus pandemiyası başlayandan bəri qeydə alınan ən yüksək göstəricidir.

"APA-Economics" CNN-ə istinadən xəbər verir ki,  bu barədə ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (TSA) açıqlamasında deyilir.

Yeni rəqəm keçən həftə qeydə alınan əvvəlki rekordu qırıb.

Eyni zamanda, keçən il bu vaxtlarda ABŞ aeroportlarında cəmi 267 min sərnişin qeydiyyatdan keçmişdi. Beləliklə, təyyarələr koronavirusun yayılmasından əvvəl, yəni 2019-cu ildə olduğu kimi dolur.

Hazırda ABŞ-da daxili aviareyslərin daha çox populyar olduğuna baxmayaraq, aviaşirkətlər Afina, Barselona, ​​Dubrovnik, Frankfurt və Madrid də daxil olmaqla Avropanın bir çox şəhərlərinə uçuşların sayını artırıb.

Xatırladaq ki, TSA tərəfindən son yeddi həftə ərzində hər gün 1 milyondan çox sərnişin qeydiyyata alınıb.

Qeyd edək ki, ABŞ aviaşirkətləri yeni növ koronavirus pandemiyası səbəbindən hava səyahətlərinə tələbatın azalmasına görə hər ay 10 mlrd. dollardan çox zərər edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR