ABŞ investorlarının işğaldan azad edilən ərazilərin bərpasında iştirakı müzakirə olunub

ABŞ investorlarının işğaldan azad edilən ərazilərin bərpasında iştirakı müzakirə olunub
# 08 dekabr 2021 20:58 (UTC +04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

APA-nın məlumatına görə, nazir bu barədə"Twitter" hesabına yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

"Amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb", nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR