ABŞ işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsində iştirakda maraqlıdır

ABŞ işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsində iştirakda maraqlıdır
# 10 iyun 2021 17:17 (UTC +04:00)

ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında, xüsusilə minalardan təmizləmə fəaliyyətində iştirakda maraqlıdır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı deyib.

O həmçinin regionda dayanıqlı sülhün bərqərar olmasının, regional inkişafın önəmini vurğulayıb.

Görüşdə ABŞ-la iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın, iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR