ADY: Bakı-Qəbələ dəmiryol xətti istismara tam hazırdır

ADY: Bakı-Qəbələ dəmiryol xətti istismara tam hazırdır

© APA | Bakı-Qəbələ qatarı: press-tur

# 18 may 2021 11:22 (UTC +04:00)

Bakı-Qəbələ dəmir yolu ətrafında bir xeyli işlər görülüb və hazırda sözügedən dəmiryol xətti istismara tam hazırdır.

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mətbuat katibi Natəvan Bayramova jurnalistlər üçün Qəbələyə təşkil olunmuş press-tur çərçivəsində deyib.

"Bakıdan Qəbələyə dəmiryol xəttinin ümumi uzunluğu 314 km-dir. Qatarın yolda olma müddəti təxminən 3 saat 20 dəqiqə təşkil edir. Dəmir yolunda biz bu marşrut üzrə İsveçrə istehsalı olan dörd vaqonlu ikimərtəbəli sürət qatarlarından istifadə edəcəyik", - deyə N. Bayramova bildirib.

Onun sözlərinə görə, vaqonlardakı ümumi yerlərin sayı 363-dür və bunların 293-ü standart 61-i biznes 9-u isə birinci sinif yerlər təşkil edir.

"Ümumilikdə, sürətli qatarların təhlükəsizliyin təmin etmək üçün yol ətrafında bir xeyli işlər görülüb. Bunlardan, məsələn, yağış sularının kənarlaşdırılması, torpaq yatağının dayanıqlığının təmin olunması məqsədilə drenaj xətlər, istinad divarlarının tikintisi tamamilə bitirilib və hazırda Bakı-Qəbələ dəmiryol xətti istismara tam hazırdır", - dəyə ADY-nin rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR