ADY-də Bakı Limanının əməkdaşları üçün təlimlər keçirilib

ADY-də Bakı Limanının əməkdaşları üçün təlimlər keçirilib
# 01 sentyabr 2021 16:08 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) təşkilatçılığı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də sahə işçiləri üçün təlim keçirilib.

ADY-dən "APA-Economic"ə verilən məlumata görə, "Yol təsərrüfatının tikili və qurğuları" və "Lokomotivin təhlükəsiz idarə olunması və lokomotiv sürücüsünə siqnal vermə qaydaları" mövzusunda keçirilən təlimlərdə Limanda çalışan yol montyorları, maşinist və qatar tərtibatçıları iştirak edib.

Məlumata görə, təlimin əsas məqsədi sahədə işləyən Liman əməkdaşlarının biliklərini çalışdıqları istiqamət üzrə təkmilləşdirmək, eləcə də onlara bu sahədə yeni praktik biliklər öyrətmək olub.

Hər iki mövzu üzrə təlimlər 7 gün davam edib və ümumilikdə təlimlərə 14 Liman əməkdaşı qatılıb. Təlimlərin sonunda iştirakçılara ADY-nin daxili sertifikatları təqdim olunub.

Qeyd edək ki, təlimlər "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin sifarişi əsasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İnsan Resursları İdarəsinin Maarifləndirmə və İnkişaf Mərkəzi tərəfindən təşkil olunub. Hazırda Mərkəz sifarişlər əsasında dəmir yolu sahəsi ilə bağlı müxtəlif mövzularda təlimlərin təşkilini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR