ADY vətəndaşları diqqətli olmağa çağırıb  

ADY vətəndaşları diqqətli olmağa çağırıb  
# 23 noyabr 2021 14:52 (UTC +04:00)

Dəmir yolu ərazisindən keçən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən mütəmadi olaraq yol ötürücüləri, keçid körpüləri, tunellər tikilir, xəbərdaredici siqnalizasiya sistemi quraşdırılır və təhlükəli ərazilər hasarlanır.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, hərəkətin intensiv olduğu Abşeron dairəvi xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Eyni zamanda xətt üzrə 120 km yol daş hasar və metal torlarla çəpərlənib.

"Bununla belə, vətəndaşlardan diqqətli olmağı xahiş edirik. Həyatınızı riskə atmayın! Unutmayaq ki, dəmir yolu xəttinin üzərindən keçərkən yalnız xüsusi təyin olunmuş yerlərdən istifadə etmək lazımdır", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR