Aİ-də kiberhücumların sayı kəskin artıb

Aİ-də kiberhücumların sayı kəskin artıb
# 10 noyabr 2021 13:37 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) 2020-ci ildə məruz qaldığı kiberhücumların sayı 2019-cu illə müqayisədə 72% artıb.

"APA-Economics" xəbər verir ki, bunu Aİ-nin Kibertəhlükəsizlik Agentliyinin (ENISA) baş direktoru Yuhan Lepassaar "Agence France-Presse"ə (АFP) açıqlamasında deyib.

Agentliyin məlumatına görə, 2020-ci ildə Aİ-də səhiyyə, nəqliyyat, enerji və digər sahələrə 949 iri kiberhücum faktı qeydə alınıb. Y. Lepassaarın sözlərinə görə, Avropa şirkətləri Amerika şirkətləri ilə müqayisədə kibertəhlükəsizliyə 40% az pul xərcləyir və Aİ bu cür riskləri daha ciddi qəbul etməlidir.

Avropa Komissiyasının büdcə məsələləri üzrə komissarı Yohannes Han bu ilin iyununda dediyi kimi, Avropa Komissiyası payızda Aİ institutlarında kibertəhlükəsizlik tədbirlərinin standartlaşdırılması planını təqdim edəcək.

Sənəd təhlükəsizlik standartları üçün çərçivəni, həmçinin ENISA ilə əlaqəli struktur olan Aİ-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi üçün maliyyə artımını müəyyən edəcək. Avropa komissarı həmçinin, Aİ-nin kritik rəqəmsal infrastrukturunun, xüsusilə də qlobal Avropa domeni və DNS kök serverlərinin təhlükəsizliyini gücləndirmək niyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR