"Airbus"ın təyyarə tədarükü apreldə 38%-dək azalıb

"Airbus"ın təyyarə tədarükü apreldə 38%-dək azalıb
# 08 may 2021 12:10 (UTC +04:00)

Avropanın təyyarə istehsalı olan “Airbus” şirkəti cari ilin aprel ayında 30 müştəriyə 45 təyyarə təhvil verib ki, bu da mart ayına nisbətən 37,5% azdır.

APA-Economics” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Xüsusilə, ötən ay şirkət 3 “Airbus A220” təyyarəsini, A320 ailəsinə məxsus 34 layneri (31neo), 2 “A330neo” və 6 “Airbus A350” təyyarəsini müştərilərinə çatdırıb.

Eyni zamanda, təyyarələr üçün sifarişlərin sayı hesabat ayında 1,7 dəfə artıb – mart ayındakı 28-dən 48 təyyarəyə.

İlin əvvəlindən bu yana “Airbus” 55 müştəriyə 170 təyyarə çatdırıb və 87 sifariş alıb.

Xatırladaq ki, “Airbus” dünyanın ən böyük aviakosmik və müdafiə sənayesi şirkətlərindən biridir. Şirkəti sərnişin təyyarələrinin istehsalı ilə məşğul olan “Airbus SAS”, “Defence and Space” və “Airbus Helicopters” bölmələrindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR