Aktau-Bakı fider xətti ilə yükdaşımaların həcmi 5,4% artıb

Aktau-Bakı fider xətti ilə yükdaşımaların həcmi 5,4% artıb
# 02 iyun 2021 16:51 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Aktau-Bakı fider xətti ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artıb.

APA-Economics”in məlumatına görə, bunu “Kazmortansflot” şirkətinin (Qazaxıstanın milli dəniz daşıyıcısı) baş direktorunun müavini Berik Bisaliyev “TRACECA çərçivəsində beynəlxalq dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətliyinin artırılması” adlı virtual sessiyada çıxış edərkən deyib.

Onun sözlərinə görə, qeyd olunan müddətdə ümumilikdə 6 153 TEU (20 fut ekvivalenti) konteyner daşınıb ki, bunlardan 4 723-ü Aktau-Bakı, 1 430-u isə əks istiqamətdə daşınıb.

“Eyni zamanda, hesabat dövründə Aktau limanında bir fider gəmisinin orta yüklənməsi 56%, Bakı limanında isə 27% təşkil edib. Xatırladım ki, Aktau-Bakı marşrutu üzrə ilk fider gəmisi 16 aprel 2019-cu il tarixində yola salınıb. Aktau-Bakı fider xəttinin istismara başlanandan bəri “Kazmortansflot” 240 reys həyata keçirib və 26 971 TEU nəql edib. Bunlardan Aktau-Bakı istiqamətində – 19 081 TEU, əks istiqamətdə – 7 890 TEU daşınıb”, - B. Bisaliev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR