Araz su anbarının 2021-ci il üçün iş rejimi müzakirə edilib

Araz su anbarının 2021-ci il üçün iş rejimi müzakirə edilib
# 26 may 2021 15:50 (UTC +04:00)

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də Azərbaycan-İran Birgə Komissiyasının 50-ci görüşün Protokol layihəsinin müzakirəsi video-konfrans şəklində keçirilib.

Qurumdan “APA-Economics”ə verilən məlumata görə, ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 50-ci görüşün Protokol layihəsinin müzakirəsi Covid-19 koronavirus pandemiyası ilə əlaqədar “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də keçirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseynov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndələri Mütəllim Əbdülhəsənov, Asif Verdiyev və Naxçıvan MR-nın Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Yəhya Allahverdiyev, Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyev iştirak ediblər.

Video-konfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, Araz su anbarının 2021-ci il üçün iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilmiş, Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilmiş, Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi və su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsi və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran Birgə Komissiyası” nın 50-ci yubiley iclası 31 may 2021-ci il tarixində Araz su anbarının səddində təntənəli şəkildə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR