Avropa texniki sektora investisiyaların həcminə görə Çini qabaqlayıb

Avropa texniki sektora investisiyaların həcminə görə Çini qabaqlayıb
# 07 dekabr 2021 17:46 (UTC +04:00)

Çin Xalq Respublikasında tənzimləmə mühitinin sərtləşdirilməsi səbəbindən dəyəri 1 mlrd. ABŞ dollarından çox olan startapların sayına görə Avropa Çini qabaqlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "The Wall Street Journal" "Atomico" vençur şirkətinin illik hesabatına istinadən xəbər verir.

Bu il Çində bazar dəyəri 1 mlrd. dollardan çox olan 26 yeni texnoloji şirkəti yaradılıb və bununla da onların sayı 300-ə çatıb. Bu arada, Avropada bir il ərzində 98 belə startap yaradılıb və hazırda onların sayı 321-dir.

Avropa startap sərmayələri baxımından da Çini geridə qoyub. Məsələn, yanvar-sentyabr aylarında vençur kapitalı fondları Çində 45 mlrd. dollara qarşı Avropa bazarına 77 mlrd. dollar sərmayə qoyub. Müqayisə üçün qeyd edək ki, bütün ötən il ərzində Avropaya vençur kapitalının axını 48 mlrd. dollar, Çində isə 52 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR