Avropa vahid nağdsız ödəniş sistemini qurur

Avropa vahid nağdsız ödəniş sistemini qurur
# 16 may 2021 11:24 (UTC +04:00)

2022-ci ildə Avropa ödənişlər məkanında "Avropa Ödənişlər Təşəbbüsü" (EPI – "European Payments Initiative") adlı layihənin icrasına başlanılacağı gözlənilir.

"APA-Economics" "IT-World"a istinadən xəbər verir ki, layihə Avropadakı istehlakçılar və pərakəndə satıcılar üçün vahid ödəmə həllini yaratmağı hədəfləyir.

EPI özündə ən populyar alətləri – ödəmə kartlarını və rəqəmsal cüzdanları birləşdirəcək ki, bunun köməyi ilə bütün nağdsız ödəniş formalarını idarə etmək mümkün olacaq.

Bu addım Avropada və bütün Avropa İttifaqında nağdsız ödənişlər bazarının mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. EPI yaradıcıları hesab edirlər ki, bu təşəbbüs "Visa" və "Mastercard", eləcə də sürətlə populyarlaşan "Apple Pay" və Çin ödəmə şəbəkələrinin mövqelərini zəiflədəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR