Avropada avtomobil trafiki pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

Avropada avtomobil trafiki pandemiyadan əvvəlki səviyyəyə qayıdıb
# 08 iyun 2021 11:01 (UTC +04:00)

Avropanın 15 böyük şəhərində avtomobil trafiki demək olar ki, 2019-cu ilin səviyyəsinə çatıb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə avtomobillər üçün GPS naviqasiya cihazlarının tədarükçüsü olan Niderlandın "TomTom" şirkətinin açıqlamasında deyilir.

"TomTom"a görə, bu dövrdə Avropa şəhərlərində avtomobil trafiki 2019-cu ilin ortalamasından cəmi 0,4% aşağı olub. Müqayisə üçün: keçən ilin aprelində ilk lokdaunun ortasında trafik bu səviyyəyə nisbətən təxminən 70% azalmışdı, bir ay əvvəl isə 2019-cu ilin göstəricilərindən 15% aşağı idi. Avtomobil trafikindəki mövcud bərpa peyvəndlənmənin geniş yayılması, müxtəlif ölkələrdə məhdudlaşdırıcı tədbirlərin götürülməsi və s. əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR