"AvtoVAZ" istehsalı üçhəftəlik dayandırır

"AvtoVAZ" istehsalı üçhəftəlik dayandırır
# 22 iyul 2021 15:30 (UTC +04:00)

Rusiyanın "AvtoVAZ" şirkəti iyunun 26-dan avqustun 15-dək avtomobil istehsalını dayandıracaq.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

"Şirkət 26 iyul – 15 avqust 2021-ci il tarixləri arasında planlaşdırılmış tətilə gedir. Eyni zamanda, "Lada İjevsk" avtomobil zavodu da korporativ tətilə çıxır. Avqustun 16-da "AvtoVAZ" Qrupu istehsal fəaliyyətini bərpa edəcək", - məlumatda deyilir.

Qeyd edək ki, "AvtoVAZ" planlı tətilin elektron avtomobil komponentlərinin çatışmazlığı ilə əlaqəli olmadığını bildirib.

Xatırladaq ki, bu yay "AvtoVAZ" komponent çatışmazlığı səbəbindən beş dəfə istehsalı dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR