Azərbaycan Beynəlxalq Bankı London taksilərində təmassız POS-terminallar quraşdırıb

Azərbaycan Beynəlxalq Bankı London taksilərində təmassız POS-terminallar quraşdırıb
# 12 iyun 2021 17:10 (UTC +04:00)

Azərbaycanın nəqliyyat sistemində nağdsız ödənişlərin genişləndirilməsinə ardıcıl dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank Bakı Taksi Xidmətinin London taksilərində özünün təmassız POS-terminallarını quraşdırıb.

Taksi sürücüsü bu POS-terminalları məsafədən idarə edə bilir. Beləliklə, sərnişinə əyləşdiyi salondan gediş haqqını bank kartı, ödəniş üzüyü, yaxud NFC sistemini dəstəkləyən mobil telefonu ilə ödəmək üçün şərait yaradılır. Bu POS terminallarda ödəniş əməliyyatını istənilən bankın kartı ilə aparmaq mümkündür.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Dəmir Yolları, Mərkəzi Bank, Visa beynəlxalq ödəniş təşkilatı ilə birgə ölkəmizdə ilk dəfə olaraq Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında sərnişinlərə gediş haqlarını bank kartları ilə təmassız ödəmək imkanı da yaradıb. Belə layihələrin əsas məqsədi ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafını dəstəkləmək, əhali arasında nağdsız ödəniş ənənələrinin yayılmasına nail olmaqdır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR