Azərbaycan BTQ ilə konteyner daşımalarını kəskin artırıb

Azərbaycan BTQ ilə konteyner daşımalarını kəskin artırıb
# 04 iyun 2021 11:40 (UTC +04:00)

2018-ci ildən 2021-ci ilin I rübünün sonunadək "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti ilə həyata keçirdiyi daşımaların həcmi 26 689 TEU (1 TEU – 20 futluq konteyner) təşkil edib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, ümumi yük daşımalarının 3 628 TEU-su idxalın, 2 214 TEU-su ixracın, 20 847 TEU-su isə tranzit yükdaşımaların payına düşüb. 2020-ci ildə isə ADY BTQ üzrə 11 748 TEU həcmində daşımalar həyata keçirib ki, bu da 2019-cu illə müqayisədə 98,9% çoxdur. Sözügedən həcmin 1 703 TEU-su idxalın, 786 TEU-su ixracın, 9 259 TEU-su isə tranzitin payında düşüb.

Bu ilə gəldikdə, 2021-ci ilin I rübündə ADY-nin BTQ dəmiryolu xəttində həyata keçirdiyi daşımaların həcmi 4 506 TEU-ya bərabər olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 83,2% çoxdur. İdxalın həcmi 102 TEU, ixracın həcmi 67 TEU, tranzit daşımaların həcmi isə 4 337 TEU təşkil edib.

Qeyd edək ki, BTQ 2017-ci il oktyabrın 30-da istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR