"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurasının iclası keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası

© APA | “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası

# 11 iyun 2021 15:14 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

Müşahidə Şurasının sədri, nazir Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiq edilib.

İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxışlar edilib. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR