Azərbaycan Dünya Bankı ilə işğaldan azad edilmiş ərazilərin bərpası üzrə əməkdaşlığı müzakirə edib - FOTO

Mikayıl Cabbarov və Sara Maykl

© APA | Mikayıl Cabbarov və Sara Maykl

# 26 oktyabr 2021 14:04 (UTC +04:00)

Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.

Nazir bu barədə “Twitter” hesabında yazıb.

O qeyd edib ki, görüşdə birgə həyata keçirilən layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə Bankla əməkdaşlıq imkanlarını və yeni layihələri müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR