Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində təmsil olunub

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində təmsil olunub

© APA | İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti

# 17 may 2021 18:31 (UTC +04:00)

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü münasibətilə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (World Summit on the Information Society) çərçivəsində yüksək səviyyəli virtual panel keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, əsas məqsəd həm ölkələr arasında, həm də müxtəlif sektorlarda informasiya-kommunikasiya texnologiyaları (İKT) və telekommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulamaqdır.

Paneldə iştirak edən nazir müavini Elmir Vəlizadə rəqəmsal transformasiyanın əhəmiyyətindən danışaraq zamanın çağırışlarına uyğun görülən və görüləcək işlər barədə məlumat verib. E. Vəlizadə işğaldan azad edilən torpaqlarda müasir texnologiyaların tətbiqi məsələlərinə də toxunub. “Ağıllı (smart) və yaşıl (green) texnologiyaların tətbiqi ilə işğaldan azad edilən ərazilərdə yerləşən şəhər və kəndlərin müasir texnologiyalar əsasında qurulacağı planlaşdırılır”, - deyə nazir müavini qeyd edib.

Panelin gedişində rəqəmsal texnologiyaların “COVID-19” pandemiyası zamanında rolu və sonrakı dövrdə fəaliyyətin hansı istiqamətdə inkişaf etdiriləcəyi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “World Summit on the Information Society Prizes 2021” – “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Mükafatları 2021” müsabiqəsinin nəticələrinin mayın 18-də açıqlanması gözlənilir. Beynəlxalq müsabiqəyə Azərbaycandan da bir sıra layihələr təqdim olunub.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR