Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur - FOTO

Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur - <span class="red_color">FOTO</span>
# 17 may 2021 12:24 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində kəndlərdə ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network) şəbəkəsi qurulur.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, belə ki, Xaçmaz rayonunun Qadaşoba kəndində və Zərdab rayonunun Şəftəhal, Aşağı Seyidlər və Mehdililər kəndində telekommunikasiya infrastrukturu müasirləşdirilir, optik xətlər çəkilir, GPON texnologiyası tətbiq edilir.

Artıq şəbəkənin tikintisi üçün Qadaşoba kəndində 10 km. dən çox, Zərdab rayonunun sözügedən kəndlərində isə 3 km. dən çox uzunluqda fiber-optik xəttin tikintisi başa çatdırılıb.

Layihə nəticəsində Qadaşobada 1000-dən artıq, Zərdabın adı çəkilən kəndlərində isə 500 ailəyə müasir telekommunikasiya xidmətlərindən istifadə etmək imkanı yaradılacaq. Eyni zamanda texniki imkanlar gələcəkdə bu kəndlərdə yeni yaşayış ərazilərinin salınması, genişləndirilməsi və yeni abunəçilərin say artımı nəzərə alınmaqla qurulur ki, bu da öz növbəsində abunəçilərə daha geniş çeşiddə xidmətlərdən istifadə imkanı yaradacaq, rəqəmsal bərabərlik təmin olunacaq.

Digər bölgələrdə də vətəndaşların keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiya olan GPON texnologiyası əsasında yenidən qurulması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının dinamik inkişaf edən aparıcı sahələrindən biridir. Bu sahənin inkişafına, rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Bu məqsədlə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində regionlarda bir sıra mühüm işlər aparılır. Rayon, qəsəbə və kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal

transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR