Azərbaycan MDB ölkələrini e-səhiyyə üzrə yeni qanunları birgə işləməyə çağırıb

Azərbaycan MDB ölkələrini e-səhiyyə üzrə yeni qanunları birgə işləməyə çağırıb
# 12 iyun 2021 11:08 (UTC +04:00)

Azərbaycan MDB-yə üzv dövlətlərinin milli elektron səhiyyə sistemlərinin inteqrasiyası üzrə İşçi Qrupun üzvlərini e-səhiyyəyə dair yeni model qanunların üzərində birlikdə işləməyə çağırıb.

APA-Economics” xəbər verir ki, bu barədə Regional Rabitə Birliyinin (RRB) İnformasiya Cəmiyyətinin İnkişafı və Rəqəmsal Transformasiya Komissiyasının sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İşçi Qrupun onlayn iclası zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, elektron səhiyyə sahəsində əməkdaşlığın əsas sahələrindən biri 2010-cu ilin 28 oktyabr tarixli "Teletibb xidmətləri haqqında" qanunu nəzərə alınmaqla, səhiyyədə İKT-nin istifadəsini tənzimləyən MDB üzv dövlətlərinin normativ bazasının inkişaf etdirilməsidir. 

Hazırda RRB MDB Parlamentlərarası Assambleyasının (PA) Ekspert Şurası “Rəqəmsal səhiyyə haqqında” model qanun layihəsi üzərində işlər aparır.

E. Vəlizadə iclas iştirakçılarını rəhbərlik etdiyi Komissiyanın prioritet istiqamətləri ilə də tanış edərək qeyd edib ki, RRB-də qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün bütün lazımi alətlər mövcuddur.

O çıxışında həmçinin elektron səhiyyənin, İKT infrastrukturunun inkişafına və tənzimlənməsinə, səmərəli monitorinqi nəzərdə tutan dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün MDB məkanında İKT bazarının inkişaf perspektivlərinə və sair məsələlərə xüsusi diqqət yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR