Azərbaycan Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb - FOTO

Azərbaycan Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb - FOTO
# 15 oktyabr 2021 12:30 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Azərbaycan Memarlar İttifaqının yaranmasının 85 illik yubileyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 5 000 tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Markanın müəllifi rəssam Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Qeyd edək ki, 2014-sü ildən başlayaraq Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin ideyası, təşəbbüsü və səyi nəticəsində Azərbaycan memarlığına, korifey memarlarımızın yaradıcılığına həsr olunan poçt markalarının nəşrinə başlanılıb. Dövriyyəyə buraxılan markanın eskizi mövzuya uyğun olaraq tərtib edilib.

Şəbəkə sənəti XI-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir və qeyri-maddi mədəni irs nümunəsi sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR