Azərbaycan Əfqanıstan və Mərkəzi Asiya ölkəri ilə ticari maneələri azaldır

Azərbaycan Əfqanıstan və Mərkəzi Asiya ölkəri ilə ticari maneələri azaldır
# 22 noyabr 2019 14:02 (UTC +04:00)

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan BMT-nin standartlarından və tövsiyələrindən istifadə edərək ticarət və nəqliyyatda mövcud olan maneələrin azaldılması üçün yeni təşəbbüsü qəbul ediblər.

Bu barədə "APA-Economics" BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına (UNECE) istinadən xəbər verir.

Sözügedən təşəbbüsün regional bazarı və sərhədlər arası tədarük zəncirlərini gücləndirilməsi, ölkələrin Avropa və Asiya iqtisadiyyatlarına inteqrasiyasına kömək edəcəyi gözlənilir. Bu təşəbbüs bölgəyə investisiya, texnologiya və innovasiya cəlb etmək məqsədini də daşıyır.

Qeyd edək ki, noyabrın 19-21-də Aşqabadda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə BMT-nin Xüsusi Proqramı (SPECA) günləri keçirilib. Burada SPECA-ya üzv ölkələrin (Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) müvafiq nazirlik və idarələrinin rəhbərləri iştirak ediblər.

Xatırladaq ki, SPECA Mərkəzi Asiyada subregional əməkdaşlığı gücləndirmək və dünya iqtisadiyyatına inteqrasiya etmək üçün 1998-ci ildə fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR