Azərbaycan Regional Rabitə Birliyinin (RRB) rabitə operatorları şəbəkələrində informasiya təhlükəsizliyi və dələduzluqla mübarizə məsələlərinin müzakirəsində iştirak edib.
"APA-Economics" RRB-yə istinadən xəbər verir ki, qeyd olunan məsələyə RRB-nin Telekommunikasiya Operatorları Şurası nəzdində fəaliyyət göstərən rabitə şəbəkələrinin informasiya təhlükəsizliyi üzrə İşçi Qrupunun 24-cü iclası çərçivəsində baxılıb.
Ölkəni iclasda dövlət rabitə operatoru "Aztelekom" təmsil edib. Müzakirələrdə Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Ermənistanın rabitə administrasiyaları, həmçinin RRB-nin İcraiyyə Komitəsinin əməkdaşları iştirak ediblər.
İclasda RRB-nin Şurası nəzdində fəaliyyət göstərən rabitə şəbəkələrinin informasiya təhlükəsizliyi üzrə İşçi Qrupunun vəzifə və funksiyalarının yenilənməsi məsələsinə dair müzakirələr aparılıb.